Böyük Britaniyada poçt proqramındakı xəta səbəbindən azı 13 nəfər intihar edib.
Oxu.Az kp.ru-ya istinadla xəbər verir ki, bu barədə "Post Office" işi üzrə istintaqa rəhbərlik edən Uin Uilyams məlumat verib.
Məsələ Böyük Britaniyanın müasir tarixində ən böyük məhkəmə səhvi hesab olunur. "Post Office" adlı dövlət poçt şirkəti Yaponiyadan alınmış proqram təminatındakı xəta səbəbindən 20 min poçt şöbəsinin rəhbərini pul çatışmazlığında günahlandırıb və onlardan itkiləri öz vəsaitləri hesabına ödəmələrini tələb edib. Təxminən 900 nəfər isə fırıldaqçılıqda ittiham olunub.
Qeyd edək ki, şirkət rəhbərliyi proqram təminatında xəta olduğunu bildikdən sonra belə saxta çatışmazlıqlarla bağlı pul tələb etməyə davam edib.
İstintaqın son dərc olunmuş hesabatında qeyd olunub ki, ədalətsiz ittiham olunanlardan azı 13 nəfər intihar edib: araşdırmaçılar bu intiharların məhkəmə səhvi ilə əlaqəli ola biləcəyini istisna etmirlər.
"İntihar edənlərin sayı 13-dən də çox ola bilər", - deyə istintaqa rəhbərlik edən Uin Uilyams bildirib.