Amerikalı aktyor, “Polis akademiyası”nın bütün hissələrində komendant Erik Lassard rolunun ifaçısı Corc Geyns 98 yaşında vəfat edib.
Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, məlumatı aktyorun qzı İya Geyns təsdiqləyib.
2003-cü ildə “yeni evlənənlər” filmində çəkilən aktyor təqaüdə çıxıb və o vaxtdan Santa-Barbrada yaşayır.
Aktyor 1980-ci ildə “Panki Bryuster”in, eləcə də “Polis akademiyası”nın rəhbəri Erik Lassard rolu sayəsində populyarlıq qazanmışdı. O, franşizanın 1984-1994-cü illər ərzində çıxan yeddi hissəsinin hər birində peyda olur. 1982-ci ildə “Oskar” kinomükafatının on nominasiyasını alan “Tutsi” komediyasında Con Ven Horn rolu ilə fərqlənib.