Sankt-Peterburq məhkəməsi fahişəni qətlə yetirən polis Vladimir Şarapovu 15 il azadlıqdan məhrum edib.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, bu haqda Peterburq prokurorluğunun rəsmi saytı xəbər verib.
Fahişə ilə polisin davası qadının onun iş yerini bildikdən sonra xidmət etməkdən imtina etməsi ilə başlayıb.
Məhkəmənin qərarı ilə Şarapov cəzasının səkkiz ilini ciddi rejimli kolonda keçirəcək.
2012-ci il iyulun 7-də evli olan polis əməkdaşı Şarapov avtomobil dayanacağı ərazisində pul qarşılığında fahişə ilə cinsi münasibətə razılaşır. Təsadüfən onun müştərisinin polis əməkdaşı olduğunu bilən qız bu sövdələşmədən imtina edir. Bu vaxt Şarapov qızı vəhşicəsinə döyməyə başlayır. Qadın dalaq parçalanması nəticəsində ölüb. Zərərçəkmişin cəsədini gölün qırağına ataraq qamışlarla gizlədən polis oradan uzaqlaşıb.