Polşa Belarus ilə sərhədi açmaq qərarına gəlib, müvafiq sənəd bu gün imzalanacaq.
Oxu.Az-ın "TVP info" telekanalına istinadən verdiyi məlumata görə, bunu Polşanın Baş naziri Donald Tusk bildirib.
Polşa sentyabrın 12-si gecə saatlarında sərhədi bağlayıb və bunun Rusiya-Belarus "Qərb-2025" hərbi təlimlərinin başlanması ilə əlaqədar olduğunu bildirib.
Qeyd edək ki, təlimlər sentyabrın 16-da başa çatıb.