Polşa gərgin vəziyyətlə əlaqədar Belarusla sərhədə 500 hüquq-mühafizə orqanı əməkdaşı göndərir.
Bunu öz “Twitter” hesabında ölkənin daxili işlər naziri Mariuş Kaminski bildirib.
Nazirin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları sərhədin təhlükəsizliyini qoruyan 5 min sərhədçi və 2 min əsgərə qoşulacaqlar.
Polşa sərhəd xidmətinin məlumatına görə, ötən gün 187 nəfər Belarusdan Polşaya sərhədi qanunsuz keçməyə cəhd edib.
W związku z napiętą sytuacją na granicy z 🇧🇾, podjąłem decyzję o wzmocnieniu naszych sił grupą 500 funkcjonariuszy @PolskaPolicja z oddziałów prewencji i kontrterrorystami. Dołączą oni do 5000 funkcjon. @Straz_Graniczna i 2000 żołnierzy pilnujących bezpieczeństwa tej granicy 🇵🇱
— Mariusz Kamiński (@Kaminski_M_) July 2, 2023