Polşa Prezidenti Karol Navrotski NATO qoşunlarının ölkədə yerləşdirilməsinə razılıq haqqında qərar imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Polşa Milli Təhlükəsizlik Bürosunun saytında məlumat yayılıb.
Xatırladaq ki, NATO-nun baş katibi Mark Rütte sentyabrın 12-də ittifaqın şərq cinahında mövqeləri gücləndirmək üçün "Şərq Gözətçisi" əməliyyatının başlandığını bildirib.
Əməliyyatda blokun bir sıra üzvlərinin, o cümlədən Böyük Britaniya, Almaniya, Danimarka və Fransa qüvvələri iştirak edir.