Polşa XİN-in mətbuat katibi Maçey Vevyur bildirib ki, Varşava dəmir yolunda partlayışın təşkilində şübhəli bilinən iki ukraynalının təhvil verilməsi tələbi ilə Minskə müraciət edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "RİA Novosti" yayıb.
Hadisə noyabrın 16-da Polşadan Ukraynaya gedən dəmir yolunun Demblin-Varşava xəttində baş verib.
"Belarusun müvəqqəti işlər vəkilinə diversiya törətməkdə şübhəli bilinən iki Ukrayna vətəndaşının təhvil verilməsi tələbi ilə nota təqdim edilib", - deyə Vevyur bildirib.