Polşanın yeni Prezidenti Karol Navrotski Avropada ən böyük hava limanının tikintisi layihəsinin miqyasını azaltmaq qərarına görə hökumətlə mübahisə edib.
Oxu.Az bildirir ki, bu barədə "Bloomberg" nəşri məlumat verib.
"Navrotski bildirib ki, o, hökuməti hava limanı planının əvvəlki variantına qayıtmağa məcbur etməyə çalışır, bu plan Polşanın bir neçə kiçik şəhəri ilə yüksəksürətli dəmiryolu əlaqəsini ehtiva edirdi", - deyə məlumatda bildirilib.
Qeyd edilib ki, münaqişə artıq Karol Navrotskinin andiçmə mərasimindən bir gün sonra başlayıb. Öz növbəsində, Polşanın Baş naziri Donald Tusk yeni prezidenti onun nazirlər kabinetinin işinə "qarışmamağa" çağırıb.
Xatırladaq ki, Karol Navroçki avqustun 6-da vəzifəsinin icrasına başlayıb.