Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Pompeo İranı mafiya ilə müqayisə etdi
İran rəsmiləri arasındakı korrupsiyanın səviyyəsi onu göstərir ki, bu ölkəni hökumət deyil, mafiya idarə edir.
Oxu.Az xəbər verir ki, bu fikirləri ABŞ dövlət katibi Mayk Pompeo Kaliforniyadakı Ronald Reyqan adına Kitabxanada iranlı immiqrantlarla görüşündə deyib.
Dövlət katibi İran rəhbərliyini korrupsiyada ittiham edib.
Onun sözlərinə görə, İranın məhkəmə sisteminin rəhbəri Cadi Laricani ali dini lideri Əli Xameneyinin dəstəyi ilə qanunsuz yollarla 300 milyon dollar pul qazanıb.
“Çoxları Xameneyinin 95 milyard dollarlıq aktivə sahib öz fondunun olmasından xəbərsizdir. Bu fonddakı vəsaitlər vergiyə cəlb edilmir”, - Pompeo deyib.
Dövlət katibi əlavə edib ki, Vaşinqton İrana təzyiqləri davam etdirəcək.
"İran" teqi üzrə xəbərlər
- KİV: "Minlərlə İsrail vətəndaşının məlumatları İranın əlinə keçib"
- İran və Azərbaycan birgə hərbi təlimlərə başladılar
- BƏƏ-də ravvinin qətlində əli olan şəxslər həbs edildilər
- Xəzər dənizində üzərək Azərbaycana qanunsuz yolla keçən əcnəbiyə hökm oxundu
- İran Rusiyaya nota verdi: Kazan şəhərində həbs edilən tələbələr azadlığa buraxıldılar
Rəylər