Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Pompeo: Rusiyanı yeni sanksiyalar gözləyir
ABŞ dövlət katibi Mayk Pompeo ABŞ-ın Rusiyaya qarşı daha geniş sanksiyalar qəbul etməyi planlaşdırdığını bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.
“CAATSA çərçivəsində kifayət qədər çox sanksiyaların tətbiq edildiyini bilirəm, ancaq sanksiyaların ardı gələcək”, - deyə Pompeo bildirib.
O, konkret olaraq hansı ölçülərin nəzərdə tutulduğunu bildirməyib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Rusiyanın orta və kiçik mənzilli raketlərin istismardan çıxarılması haqqında müqaviləni pozduğuna görə Ağ Evə Moskvaya qarşı yeni sanksiyalar paketi hazırlamağı tapşırıb.
F.M.
www.oxu.az
"Donald Tramp" teqi üzrə xəbərlər
- Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər
- Tramp cinayət keçmişi ilə vəzifəyə gələn ilk ABŞ prezidenti olacaq
- Tramp Putinin onunla görüşmək istədiyini bildirib
- "Google" Trampın andiçmə mərasiminə 1 milyon dollar ianə edib
- "Haber Global"da Trampın Kanada, Panama və Qrenlandiya ilə bağlı iddiaları müzakirə edilib
Ən çox oxunanlar
Rəylər