Ukrayna Prezidenti Pyotr Poroşenko ölkənin Hərbi-Dəniz Qüvvələrinin komandanı Sergey Qaydukun vəzifəsindən azad edilməsi barəsində fərman imzalayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Ukrayna dövlət başçısının rəsmi saytında məlumat yerləşdirib.
Hərbi-Dəniz Qüvvələrinin komandanının vəzifədən kənarlaşdırılmasının səbəbləri hələ ki, açıqlanmır.