Ukrayna prezidenti Pyotr Poroşenko hesab edir ki, İkinci Dünya müharibəsinin başlanmasında Adolf Hitler və İosif Stalinin eyni dərəcədə günahı var.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Poroşenko Polşa prezidenti Bronislav Komorovski ilə görüşü zamanı bildirib.
“Hitler və Stalin Avropanı parçalamaq üçün birlikdə İkinci Dünya müharibəsini başladılar”, - Ukrauna prezident deyib.
Xatırladaq ki, Ukrayna Radası, “Faşizm üzərində qələbə haqqında” qanuna dəyişiklik edərək, “Böyük Vətən” müharibəsi sözlərini “İkinci Dünya” müharibəsi sözləri ilə əvəz edib.