Ukrayna prezidenti Petr Poroşenko ölkənin Türkiyədəki səfiri Sergey Korsunskini tutduğu vəzifədən azad edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Ukrayna dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətindən həmçinin Ukrayna prezidentinin müvafiq fərmanı iyunun 18-də imzaladığı qeyd edilir.