Ukrayna prezidenti Pyotr Poroşenko keçmiş dövlət başçısı Viktor Yanukoviçə əbədi olaraq cəhənnəmdə yanmağı arzu edib.
Oxu.Az Lenta-ya istinadən xəbər verir ki, bu barədə o, Avromeydanın həlak olmuş iştirakçılarının ailə üzvlərinə dövlət mükafatlarının təqdimetmə mərasimində bəyan edib.
“Məgər Rusiya nə vaxtsa bizə Maydanda qantökmənin əsas günahkarı olan cinayətkar Yanukoviçi qaytaracaq? Mən şübhə etmirəm ki, o, əbədi olaraq cəhənnəmdə yanacaq, lakin bu, məhkəmənin yurisdiksiyasında deyil”, - Poroşenko deyib.
O, həmçinin əlavə edib ki, Rusiya hakimiyyəti Yanukoviçin devrilməsinə kömək edib.
www.oxu.az