Prezident Petro Poroşenkoya Odessa vilayətinə səfəri zamanı Ukrayna istehsalı olan ən yeni raketin sınağı nümayiş olunub.
Oxu.Az-ın xəbərinə görə, raketin buraxılış videosunu dövlət başçısı cümə günü, mayın 26-da, öz “Facebook” səhifəsində yerləşdirib.
Poroşenko “Olxa” raketinin uğurlu sınağından sonra ölkənin müdafiə naziri Stepan Poltorakı və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinovu təbrik edib.
“Raketin döyüş hissəsi, mühərriyi və idarəetmə sistemi Ukrayna istehsalıdır. Bu bizim hamımızın uğurudur! Yeni raketin Ukrayna ordusunun silahlanmasına tezliklə daxil olunmasını arzu edirəm”, - prezident yazıb.
S.B.
www.oxu.az