Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Porsche" yeni seriyanın ilk kabriolet modelini təqdim etdi
"Porsche" şirkəti yeni "911 Carrera T" seriyasının ilk modelini təqdim edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Championat" məlumat yayıb.
Avtomobil digər seriyalar kimi mexaniki sürətlər qutusu ilə təchiz olunub, daha yüksək sürət yığır və ilk model kabriolet kuzovunda istehsal edilib, lakin yeni model əvvəlkilərdən bir qədər ağırdır.
Yeni "911 Carrera T"nin çəkisi 1 478 kiloqramdır ki, bu da standart "Carrera"dan 40 kiloqram azdır. Eyni zamanda, 2022-ci ildə təqdim edilən əvvəlki nəsil modelin çəkisi daha da az idi - 1 470 kiloqram.
Yeni məhsul 290 kVt (394 at gücü) hasil edən üçlitrlik altısilindrli mühərriklə təchiz edilib. Mühərrik altıpilləli mexaniki sürət qutusu ilə komplektasiya edilib və gücü arxa təkərlərə ötürür.
Standart "Sport Chrono Package" ilə avtomobil 100 km/saat sürəti 4.5 saniyəyə yığır (kabrioletə bunun üçün 4.7 saniyə lazımdır). "Porsche 911 Carrera T"nin maksimal sürəti 295 km/saat, "911 Carrera T Cabriolet"in isə 293 km/saatdır. Əvvəlki "911 Carrera T" modeli maksimum 291 km/saat sürəti yığırdı.
Qeyd edək ki, daha əvvəl "Porsche" yeni "911 GT3" modelini təqdim edib ki, onun anonsu "911 GT3"ün ilk versiyasının debütünün 25-ci ildönümünə həsr olunub.
Rəylər