Estoniya parlamenti eyni cinsdən olan şəxslərin evlənməsinə icazə verən qanunu qəbul edib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, xarici KİV-in məlumatına görə, qanun layihəsini 40 deputat dəstəkləyib, 38-i isə əleyhinə səs verib. Qanun 2016-cı ilin yanvarından birindən qüvvəyə minəcək.
Hazırlanmasına bir neçə il vaxt sərf edilən qanun layihəsinin qəbulu keçmiş postsovet ölkəsində birmənalı qarşılanmayıb. Belə ki, səsvermə günü parlament binası qarşısına qanuna qarşı olan və onu dəstəkləyən vətəndaşlar toplaşıblar. Eynicinsli nikahı dəstəkləyənlər əllərində çiçək dəstələri ilə deputatlara təşəkkürlərini ifadə ediblər.
Estoniyanın Kilsə Şurası isə birmənalı olaraq homoseksualların hüquqi cəhətdən evlənməsinə icazə verən yeni qanuna qarşı çıxıb.
Bununla da, Estoniya postsovet ölkələri arasında eynicinsli nikaha icazə verən ilk ölkə oldu.