ATV-nin aparıcısı Günay Baxşəliyeva imicində dəyişiklik edib.
Oxu.Az xəbər verir ki, əvvəllər qısa saçlara üstünlük verən xanım aparıcı ana olduqdan sonra uzun saçlarla tamaşaçıların qarşısına çıxdı.
“Sağlam olun” verilişinin növbəti çəkilişi üçün kamera qarşısına keçən Baxşəliyeva eynəkdə görüntülənib. Şux göy rəngli qısa ətəyini, çəhrayı rəngli ayaqqabı və kəmər ilə uyğunlaşdıran teleaparıcı geyimini eynəklə tamamlayaraq fərqli görkəm alıb.
Aytən Sadıqzadə