Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi Ağ Evin rəsmi saytında dərc olunan və “We The People” bölməsində ABŞ prezidentinə ünvanlanan petisiyalar arasında toplanan imzaların sayı baxımından ikinci yeri tutur.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Report “Pew Research Center” araşdırma mərkəzinə istinadən məlumat verir.
Mərkəz bölmənin yarandığı 2011-ci ildən bəri müraciət olunan bütün sorğuları təhlil edərək bu nəticəni əldə edib.
“Ədalətin bərpa edilməsi və böyük fəlakətin qarşısının alınması” (Dağlıq Qarabağ ərazilərində Ermənistan-Azərbaycan münaqişəsi) adlı bu ərizə 331914 imza toplayılb. Qeyd edək ki, petisiya sayta 6 aprel 2016-cı il tarixində yerləşdirilib.
İlk yeri 367180 səs qazanan “Vestboro baptist kilsəsinin rəsmən "niftər qrupu” kimi tanınması haqqında” petisiya tutub. Ərizə 2012-ci il dekabrın 14-də verilib.
Qaydalara görə, bir ay ərzində petisyanın azı 100 min imza toplaması halında Ağ Ev məsələyə rəsmi cavab verməlidir.
Qeyd edək ki, petisiyalar saytı 2011-ci ildə ABŞ prezidenti Barak Obama tərəfindən Açıq Hökumətin təşəbbüsü çərçivəsində yaradılıb. Əvvəlcə rəsmi reaksiya üçün imza həddi 5 min təyin olunsa da, 2013-cü ildən bu rəqəm 100 minə qədər artırılıb.
N.O.