İngiltərə Premyer Liqasının 35-ci turunda “Liverpul” öz meydanında “Brentford”a qalib gəlib - 1:0.
Oxu.Az xəbər verir ki, matçda yeganə qolu 13-cü dəqiqədə Məhəmməd Salah vurub.
Qələbə sayəsində xalını 62-yə çatdıran “Liverpul”un mövqeyi dəyişməyib. Komanda əvvəlki kimi 5-cidir və iki oyun artıq keçirdiyi 4-cü “Mançester Yunayted” dən 1 xal geri qalır.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında turnir cədvəlinə 82 xalla “Mançester Siti” başçılıq edir.