Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin xanımı Maka Çiçua barədə gürcü mətbautında diqqətçəkən məlumatlar yayılıb.
Oxu.Az “AzerFax”a istinadən xəbər verir ki, gürcü jurnalistlər bu dəfə Maka Çiçuanın keçmişini araşdırıb və maraqlı detallar ortaya qoyublar. Vizajist və rəssam kimi fəaliyyət göstərmiş M.Çiçua sən demə gəncliyində filmlərə də çəkilib.
Belə ekran əsərlərindən biri də gürcü tamaşaçısına yaxşı tanış olan “Keep Smiling” filmidir. “Qruzinform” Palitra.tv-yə istinadən xəbər verir ki, filmdə diqqətçəkən məqam Gürcüstan prezidentinin xanımının açıq-saçıq səhnədə yer almasıdır. Filmdə çimərlik geyimlərində görüntülənən qızlardan birinin M.Çiçua olduğu yalnız indi məlum olub.
“AzerFax” gürcü mətbuatına istinadən həmin görüntüləri təqdim edir.
Onu da qeyd edək ki, G.Marqvelaşvili ilə M.Çiçua bu ilin sentyabr ayında rəsmi nikaha giriblər.