Türkiyənin Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə 10-16 oktyabr tarixləri arasında Bakıda “Türkiyə Caz Festivalı” keçiriləcək.
Oxu.Az-ın məlumatına görə, festival çərçivəsində “Türkiyədə Caz” filminin təqdimatı olacaq. Ekran əsərinin rejissoru Batu Akyoldur. Çəklişinə 2011-ci ildə başlanılan film şifahi tarixə söykənən, Türkiyə cazının inkişaf yolundan bəhs edən ilk sənədli filmdir. Təxminən 50 nəfər insanın reportajından hazırlanan “Türkiyədə caz” hekayəsi, xronoloji sənədli kino kimi qiymətləndirilir.
Qeyd edək ki, filmin təqdimatı 13 oktyabr saat 20:00 “28 Mall”da olacaq. Filmi izləmək istəyənlər üçün giriş sərbəstdir.
Aytən Sadıqzadə