Fransa Prezidenti Emmanuel Makronun səlahiyyət müddəti başa çatdıqdan sonra böyük siyasətə qayıda biləcəyi ehtimal olunur.
Oxu.Az xəbər verir ki, bu barədə "Le Journal du Dimanche" (JDD) nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bəzi mənbələr Makronun 2027-ci ildə başa çatacaq prezidentlik müddətindən sonrakı fəaliyyətini artıq planlaşdırdığını bildirirlər. İddialara əsasən, o, 2032-ci il prezident seçkisində siyasi təsirini qorumağı hədəfləyir.
Fransanın siyasi dairələrində Makronun maliyyə sektoruna qayıdacağı ilə bağlı ssenari də müzakirə olunur. Mənbələrin sözlərinə görə, o, milyarder Ksavye Niel ilə əlaqəli strukturlarda yüksək vəzifə tuta bilər.
Emmanuel Makronun prezidentlik müddəti 2027-ci ilin may ayında başa çatacaq.
Qeyd olunur ki, Makron siyasətə gəlməzdən əvvəl "Rothschild & Cie" investisiya bankında çalışıb. O, 2008-2017-ci illər ərzində dövlət idarəçiliyi və maliyyə sektorunda paralel fəaliyyət göstərib.