Brüsseldə olan Kataloniyanın sabiq rəhbəri Karles Karles Puçdemon və Kataloniya hökumətinin 4 sabiq üzvü saxlanılıb.
Oxu.Az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu bu gün jurnalistlərə açıqlamasında Belçika Federal Prokurorluğunun nümayəndəsi məlumat verib.
K. Puçdemon və 4 tərəfdarı bu gün səhər saatlarında polisə təslim olub. Onlar 24 saat azadlıqdan məhrum ediliblər.
A.M.