Rusiya Federasiyasının prezidenti Vladimir Putin 20-yə yaxın generalı tutduqları vəzifədən azad edib.
Oxu.Az xəbər verir ki, bu barədə dövlət başçısının imzaladığı fərmanda bildirilib.
Sənəd hüquqi informasiyanın rəsmi portalında yerləşdirilib.
Qeyd edildiyi kimi, Kuban üzrə Narkotik Dövriyyəsinə Nəzarət Federal Xidmətinin rəisi polis general-leytenantı Sergey Lavrov, eləcə də Rusiya DİN KİV ilə qarşılıqlı fəaliyyəti idarəsinin daxili xidmət general-mayoru Andrey Pilipçuk vəzifədən azad edilib.
Rusiya DİN daxili qoşunları komandanlığının mərkəzi regional qoşunları komandanının birinci müavini Vladimir Padalko hərbi xidmətdən azad edilib.