Rusiya prezidenti Vladimir Putin Donetskdən qaçqın düşmüş 9 yaşlı Maksim Buralaka “iPhone” və noutbuk hədiyyə edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bundan öncə Maksim Vladimir Putinə məktub yazaraq, ondan bu gadcetləri hədiyyə etməyi xahiş edib.
Faktı Kaspiysk şəhərinin icra hakimiyyətinin nümayəndəsi Artur Ramazanov təsdiqləyib.
Maksimin məktubu: “Salam Putin əmi! Mən B.Maksim Eduardoviç, Donetskdən olan qaçqınam. Mənim noutbuk və “iPhone”um var idi. Lakin biz evdən qaçanda özümüzlə heç nə götürə bilmədik. İndi isə mən atamdan mənə noutbuk almasını istəyəndə, o almır... Deyir pulum yoxdur. Putin əmi, xahiş edirəm mənə noutbuk və “iPhone” alın”.

E.Ə.
www.oxu.az