Rusiya prezidenti Vladimir Putin Kurilin taleyinə dair “tarixi pinq-ponq”a son qoymağa çağırdı. Onun sözlərinə görə, hər iki ölkənin maraqları qısamüddətdə və tam nizamlanmanı tələb edir.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
“Ərazi probleminin həlli və iki dövlət arasında sülh sazişinin bağlanmasına bir saata nail olmaq olmaz”, - bunu Vladimir Putin Yaponiyanın baş naziri Sindzo Abe ilə danışıqların yekunu üzrə mətbuat konfransında bildirib.
“Ərazi mübahisəsini bir saat ərzində həll edə biləcəyimizi düşünmək sadəlövhlük olardı, amma Rusiya və Yaponiyanın strateji maraqlarına cavab verəcək və hər iki ölkə tərəfindən qəbul ediləcək qərarı axtarmaq, sözsüz ki, lazımdır”, - rusiyalı lider deyib və növbəti dəfə Moskva və Tokio arasında sülh sazişinin olmamasını “keçmişin anaxronizmi” adlandırıb.
Rusiya prezidenti Saxalin vilayətinin və Hokkaydo adasının sakinlərinin sərhədyanı hərəkətinə azad rejim tətbiq edilməsini təklif edib.
N.O.
www.oxu.az