Rusiya prezidenti Vladimir Putin ABŞ-ı dünyada ən güclü dövlət hesab edir.
Oxu.Az-ın Lent.ru-ya istinadən məlumatına görə, V.Putin bu barədə iyunun 17-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı deyib.
“Hesab edirəm ki, ABŞ bu gün ən güclü dövlətdir. Biz bunu qəbul edirik”, - deyə o, söyləyib.
Rusiya prezidenti qeyd edib ki, Moskva Vaşinqtonla işləməyə hazırdır:
“Dünyaya, o cümlədən bizə, ABŞ kimi güclü dövlət lazımdır. Lakin biz istəmirik ki, onlar daim bizim işimizə qarışsınlar, necə yaşamaqla bağlı göstəriş versinlər, Avropanın bizimlə münasibət qurmasına mane olsunlar”.