Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Putin ABŞ-nin Rusiyadakı aktivlərinin istifadəsi ilə bağlı fərman verdi
Rusiya məhkəmələri ABŞ-nin Rusiyadakı əmlakından istifadə etmək hüququ əldə edib.
Bu qərar Rusiyanın ABŞ-dəki aktivlərinə həbs qoyulması nəticəsində dəymiş ziyanın kompensasiya edilməsi (ödənilməsi) məqsədi daşıyır.
Müvafiq müddəalar Rusiya Prezidenti Vladimir Putinin ABŞ-nin qeyri-dost hərəkətlərinə görə Rusiyaya dəymiş ziyanın ödənilməsi qaydası haqqında fərmanında yer alıb.
Söhbət ABŞ-nin, ABŞ şirkətləri və vətəndaşlarının Rusiya ərazisində yerləşən daşınar və daşınmaz əmlakından, habelə onlara məxsus qiymətli kağızlardan, Rusiya şirkətlərinin nizamnamə kapitalındakı paylarından, ABŞ və ölkə əhalisinin Rusiyadakı digər mülkiyyət hüquqlarından gedir.
Xarici sərmayələrə nəzarət üzrə hökumət komissiyası ABŞ-də Rusiya aktivlərinin müsadirə edilməsindən dəyən ziyanın kompensasiya edilməsi üçün "mütənasiblik prinsipi nəzərə alınmaqla" istifadə edilə biləcək ABŞ əmlakının siyahısını məhkəməyə göndərə biləcək.
Mənbə: TASS
Rəylər