Rusiya prezidenti Vladimir Putin Azərbaycan ilə investisiyaların təşviqi və mühafizəsi barədə razılaşmanın ratifikasiyası haqqında qanunu imzalayıb.
Oxu.Az tass.ru-ya istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat yayılıb.
“Razılaşma Rusiya Federasiyası və Azərbaycan respublikası arasında qarşılıqlı faydalı iqtisadi-ticari və elmi-texniki əməkdaşlığın inkişafı üçün səmərəli şaraitin yaradılmasına yönəlib”, - sənəddə deyilir.
Federal qanun Dövlət Duması tərəfindən 2015-ci ilin oktyabr ayının 23-də qəbul edilib və 2015-ci ilin oktyabr ayının 25-də Federal Şura tərəfindən təsdiqlənib.