"Qərb ölkələrinin siyasi rəhbərliyi vətəndaşlarının diqqətini Rusiyaya qarşı yürütdüyü təcavüzkar siyasətdən yayındırmağa çalışır".
Oxu.Az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin "Valday" Beynəlxalq Diskussiya Klubunun 23-cü illik iclasının plenar sessiyasındakı çıxışı zamanı bəyan edib.
O bildirib ki, Moskva heç kimə hədə-qorxu gəlmir və heç kimə nə 2029-cu, nə 2030-cu, nə də 2050-ci ildə hücum etmək niyyətində deyil.
"Lakin təcavüzlə qarşılaşsaq, cavab verməyə məcbur olacağıq. Avropa ölkələrinin vətəndaşları bunu aydın şəkildə anlamalı, bizim mövqeyimizlə öz ölkələrinin bəzi mövcud siyasi rəhbərliyinin mövqeyini fərqləndirməlidirlər", - deyə Putin vurğulayıb.
Rusiya dövlət başçısı əlavə edib ki, avropalılarda bu anlayış artıq var: "Biz bunu məhz aparıcı Avropa ölkələrindəki seçkilərin nəticələrindən və əhvali-ruhiyyədən görürük".