Dağıstanda korrupsiya ilə mübarizə davam etdiriləcək.
Oxu.Az “RBK” istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Kalininqradda Ümumrusiya xalq cəbhəsinin media-forumunda çıxışı zamanı səsləndirib.
Forumda Dağıstanlı jurnalist prezident seçkilərindən sonra bölgədə korrupsiya ilə bağlı mübarizənin davam etdirilib-etdirilməyəcəyini öyrənməyə çalışıb.
“Nə edilirsə, Dağıstan xalqının maraqları naminə edilir. Hər şey davam edəcək” –deyə Putin cavabında bildirib.
Hazırda Dağıstanda aparılan anti-korrupsiya əməliyyatlarına şəxsən Dağıstan Respublikasının başçısı vəzifəsini icra edən Vladimir Vasilyev nəzarət edir.
Dağıstanda anti-korrupsiya əməliyyatları bu ilin fevral ayından bəri davam edir. Reydlər zamanı Respublikanın keçmiş başçısı və digər yüksək vəzifəli məmurlar həbs olunub.
F.M.
www.oxu.az