Rusiya prezidenti Vladimir Putin Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüş zamanı nümayəndə heyətinin gecikməsini zarafatla qarşılayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə cümə axşamı, iyunun 8-də, “Komsomolskaya pravda” qəzetinin müxbiri Dmitri Smirnov öz Twitter səhifəsində məlumat verib.
“Çin nümayəndə heyəti danışıqlar zalına gecikib. Putin onun qarşısında əyləşən Si Cinpinlə zarafat edib “Bir döyüşçü””, - D.Smirnov yazıb.
S.B.
www.oxu.az