Rusiya prezidenti Vladimir Putin xarici vətəndaşların Rusiya ordusunda müqavilə əsasında hərbi xidmət keçməsinin qaydalarını müəyyən edən fərman imzalayıb.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, sənədə əsasən, xarici vətəndaş olan hərbi qulluqçular hərbi vəziyyət və silahlı münaqişələr şəraitində vəzifələrini beynəlxalq hüququn qəbul edilmiş prinsipləri və normalarına, Rusiyanın beynəlxalq müqavilələrinə və Rusiya qanunvericiliyinə uyğun olaraq icra edirlər.
Barəsində istintaq tədbirləri və ya məhkəmə prosesi həyata keçirilən, həbs cəzasının çəkilməmiş hissəsi olan və ya azadlıqdan məhrum edilməklə cəza çəkən xarici vətəndaşlarla müqavilə bağlana bilməz.
Bundan başqa, Rusiya ordusunda müqavilə əsasında xidmət keçmək istəyən şəxs rus dilini mütləq qaydada bilməlidir.