Fövqəladə Hallar Nazirliyi “28 MALL” ticarət mərkəzində baş vermiş yanğınla bağlı məlumat yayıb.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakı şəhəri, Nəsimi rayonunda “28 MALL” ticarət mərkəzinin 4-cü mərtəbəsində vətəndaş tərəfindən icarəyə götürülmüş kafenin mətbəxində baş verib.
Nəticədə kafenin dam örtüyündə quraşdırılmış ventilyasiya qurğusu və 6 p.m izolyasiyası yanıb. Yanğından inzibati bina və soyuducu kamerası mühafizə olunub.
Yanğın saat 20:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
02.01.2015 21:26
Bakının “28 may” metro stansiyası yaxınlığında yerləşən “28 Mall” ticarət mərkəzində baş vermiş yanğın söndürülüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Bakının “28 may” metro stansiyası yaxınlığında yerləşən “28 Mall” ticarət mərkəzində baş vermiş yanğın söndürülüb. Yanğının səbəbi və dəyən ziyan müəyyənləşdirilir. İlkin versiyaya görə, yanğına səbəb elektrik naqildə qısaqapanma olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
21:02
Bakının Nəsimi rayonunda, “28 may” metro stansiyası yaxınlığında yerləşən “28 Mall” ticarət mərkəzində yanğın başlayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, yanğın binanın 4-cü mərtəbəsində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Səbayıl və Nəsimi rayon Dövlət Yanğından Mühafizə hissələrinin 7-8 yanğınsöndürmə briqadası və təcili yardım briqadası cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Milli.Az-ın müxbiri xəbər verir ki, hadisə yerinə 6 yanğın söndürən maşın cəlb olunub.
İçəridə olan insanların bəzilərini mərkəzin balkonunda, bəzilərini isə üçüncü mərtəbədə saxlayıblar.
Hadisə yerinə üç təcili tibbi yardım maşını çağırılıb.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.