Ermənistanın Avrasiya İqtisadi İttifaqına birləşdirilməsi haqqında müqaviləni tezliklə imzalamaq lazımdır, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.
Oxu.Az RİA-Novosti-yə istinadən xəbər verir ki, Rusiya, Belarusiya və Qazaxıstan bu gün Avrasiya İqtisadi İttifaqına dair müqavilə imzalayıblar, o, 2015-ci ilin yanvar ayının 1-dən qüvvəyə minir.
Putinin sözlərinə görə, iclasda tərəflər Avrasiya İttifaqının iştirakçılarının çevrəsini genişləndirmə məsələsinə toxunaraq Ermənistanı bu ittifaqa əlavə etmək məsələsini nəzərdən keçiriblər:
“Bu sənədi yaxın zamanda təsdiq etmək və imzalamaq lazımdır. Ermənistan tərəfi bunu iyunda etmək istəyir. Ümumilikdə razılığa gəlmişik. Düşünürük ki, yaxın bir zamanda İttifaq işə başladıqdan sonra Ermənistan onun tamhüquqlu üzvü olacaq”, - Putin deyib.
Onun sözlərinə görə, sammit iştirakçıları sammitin digər xarici partnyorlarla, o cümlədən Qırğızıstanla da əməkdaşlığını müzakirə ediblər:
“Bizim ittifaqa qoşulmaq şansımız var”, RF prezidenti əlavə edib.
“Vyetnamla azad ticarət zonasının yaradılması barədə danışıqları fəallaşdırmaq barədə razılığa gəliblər. O cümlədən ÇXR ilə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək, İsrail və Hindistan ilə pereferensial rejimli ticarət üçün imkanları nəzərdən keçirəcək ekspert qrupu təşkil etmək qərara alınıb”, - Putin deyib.