Krasnoyarskda insanları qaynayan gölməçədən xilas edən azərbaycanlılar mükafatlandırıldılar.
Oxu.Az LifeNews-a istinadən xəbər verir ki, Krasnoyarsk vilayətinin başçısı Edxam Akbulatov şəhərin birinci şəxslərinin iştirakı ilə 7 şəhər sakininə Vavilov küçəsində qaynayan fəvvarəyə düşmüş avtobusun sərnişinlərini xilas etdikləri üçün minnətdarlıq bildirib.
Şəhər başçısı sakinlərə yardım edənlərə minnətdarlığını bildirərək qeyd edib ki, hadisə zamanı yalnız onlar baş verənləri telefona çəkməyərək, yardıma tələsiblər.
“Valideynlərinizə təşəkkür edirəm, onlar sizin tərbiyənizə əsas keyfiyyətləri aşılayıblar, bu keyfiyyətlərin nəticəsində ən çətin həyat şəraitində əsl kişilik nümayiş etdirdiniz”, - Edxam Akbulatov qeyd edib.
Əslən azərbaycanlı olan üç qardaş qaynar su ilə dolmuş avtobusdan çığıran insanları xilas etdiklərini xatırlayırlar:
“O günü biz qardaşlarımla bazarda işləyirdik, fəvvarəni və avtobusu gördük. Yardım istəyənlərin qışqırığını eşidən kimi ora qaçdıq – qardaşlardan biri Rəhimov Səbuhi danışırdı. İnsanlar salonun içində vurnuxurdular, qapı və pəncərəni sındırmağa çalışırdılar. Biz qapıları sındırmağa başladıq. Mən daşla arxa pəncərəni qırıb zərərçəkənləri çıxarmağa başladım. Qışqırıq və ağlayan qadınların səsi eşidilirdi. Qardaşlarım və əməkdaşlar artıq qırılmış qapılardan yanmış qadınları və uşaqları çıxarırdılar”.
Zərərçəkənlər xəstəxanadan onlara yardım edənlərə təşəkkürlərini bildiriblər.
Cəsur cavanları yerli komersant da mükafatlandırıb. Onları şam yeməyinə dəvət edib.
Gənclərin cəsurluqları ilə seçildikləri FH may ayının 22-də 10:40 da Krasnoyarsk vilayətinin Sverdlovsk rayonunda baş verib. Boruların partlama səbəbi köhnələrək sıradan çıxmaları olub. Müstəntiqlərin fikrincə avtobus sürücüsü yola axan qaynar suyun buxarını görüb, amma yetərincə aydın görmədiyi üçün keçməyə cəhd edib. Bu an yolda olan lyuk açılıb və su avtobusun mühərrikini basıb.
Qəza zamanı avtobusda 15 adam, o cümlədən də məktəbli qrupu olub. Nəticədə 14 adam xəsarət alıb, səkkiz nəfər Krasnoyarsk əyalət kliniki xəstəxanasının yanıq şöbəsinə yatırılıb.
Baş verən hadisə üzrə araşdırma aparılır. Sürücü bu gün dindirilmə üçün İstintaq orqanlarına çağırılıb.