Rusiya prezidenti Vladimir Putin dekabrın 2-də Ermənistan prezidenti Serj Sarqsyanın dəvəti ilə İrəvana səfər edəcək.
Oxu.Az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Erməni İttifaqının sədri Ara Abramyan bildirib.
Abramyan Ermənistan və Rusiya prezidentlərinin təşəbbüsü ilə səfər çərçivəsində biznes-forumun təşkil olunacağını da bildirib.
“Biznes-forumda Ermənistan və Rusiya prezidentləri, həmçinin iki ölkənin bir sıra müəssisələrinin nümayəndələri, ekspert və biznesmenlər iştirak edəcəklər” – deyə, o qeyd edib.