Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Putin Ermənistanın “Müdafiə sistemlərinə” daxil edilməsini dəstəkləyib
Rusiya prezidenti Vladimir Putin hökumətin Ermənistan ilə bu ölkənin Belarus tərəfindən yaradılmış “Müdafiə sistemləri” dövlətlərarası maliyyə-sənaye qrupuna daxil edilməsi üzrə danışıqların aparılmasına dair təklifi qəbul edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, müvafiq sərəncam çərşənbə günü hüquq informasiyanın rəsmi portalında yerləşdirilib.
“Rusiya hökuməti və Belarus hökuməti arasında “Müdafiə sistemləri” dövlətlərarası maliyyə-sənaye qrupunun yaradılmasına dair razılaşmaya Ermənistan hökumətinin qəbul edilməsinə dair Rusiya hökumətinin təklifi qəbul edilsin”, - sənəddə deyilir.
Qeyd edək ki, “Müdafiə sistemləri” ASC 1996-cı ildə ontruktor büroların təşəbbüs qrupu, elmi-tədqiqat institutları və HƏM obyektlərinin sistem və vasitələrini hazırlayan - silsilə müəssisələr tərəfindən yaradılıb.
Paralel olaraq səhmdar cəmiyyətin əsasında yaradılan Rusiya-Belarus dövlətlərarası maliyyə-sənaye qrupu da fəaliyyət göstərir.
Rəylər