Rusiya və ABŞ arasında miqyaslı müharibəyə heç kim dözə bilməz.
Oxu.Az RBK-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin kinorejissor Oliver Stivenə verdiyi müsahibəsində bəyan edib.
Stoun ondan "iki dövlət arasında silahlı münaqişə yaranarsa, ABŞ Rusiyaya qalib gələ bilərmi?", - deyə soruşub.
“Düşünürəm ki, buna heç kim döz bilməzdi”, - Putin deyib.
Rusiya prezidenti həmçinin Stounun ABŞ prezidenti postuna Donlad Trampın seçilməsinin Moskva və Vaşinqton arasında münasibətlərin yaxşılaşmasına ümid verə biləcəyinə dair sualını da cavablandırıb. “Ümid hər zaman var. Son mənzilə gedənə qədər ümid var”, - Putin deyib.
2014-cü ilin noyabr ayında Oliver Stoun Vladimir Putin haqqında çoxseriyalı film çəkmək istədiyini bidirmişdi. Onun sözlərinə görə, rusiyalı liderdən müsahibə götürmək, onun amerikalıların eşitmək istəmədiyi nəzər nöqtəsini göstərmək istəyir.
Filmin birinci seriyası iyunun 12-də nümayiş etdiriləcək. Ümumilikdə dörd hissədən ibarət olacaq. Stounun dərc etdiyi hissələrdə Putinin mühafizə sistemi, Edvard Snoudenə münasibətindən və 2000-ci ildə Bill Klintona Rusiyanın NATO-ya daxil olması barədə düşünməyi təklif etdiyindən bəhs edilir.
.S.S.
www.oxu.az