Səudiyyə Ərəbistanının mərkəzi bankı Qətərin milli valyutası rial ilə bütün əməliyyatları dayandırmaq tapşırığı verib.
Oxu.Az xarici KİV-lərə istinadən xəbər verir ki, dünəndən BƏƏ-nin maliyyə təşkilatları Qətər rialı ilə valyutanın alış-satışı üzrə müvəqqəti mübadilə üçün şəxsi tranzaksiyalarını dondurub.
Bəhreyn həmçinin Qətərin maliyyə təşkilatları ilə maliyyə münasibətlərini kəsməyə qərar verib.
Bundan əlavə, Birləşmiş Ərəb Əmirliklərində bir çox bank Qətər şirkətlərinin və dövlət qurumlarının emissiya etdikləri istiqrazları almaq istəyən müştərilərinə yeni kredit xətti açmağı dayandırıblar.
Bu arada, qeyd edək ki, Qətər Mərkəzi Bankının bir rəsmisi Qətər rialının məzənnəsinin düşməsinin spekulyasiyalardan irəli gəldiyini və ölkəsinin valyutasını dəstəkləmək üçün istifadə edəcəyi çox böyük valyuta ehtiyatlarının olduğunu vurğulayıb.
L.Ə.