Rusiya prezidenti Vladimir Putin Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskidən Rusiyanın fundamental dəyərlərinə zərər verməməsini xahiş edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu haqda “RİA Novosti” agentliyi xəbər yayıb.
“Mənim sizdən böyük xahişim var. Sabit elektoratınız var. Fikrimcə, elektoratınızın möhkəmlənməsi üçün ölkəmizin fundamental dəyərlərinə zərər vuraraq, onun ayrı-ayrı hissələrinə müraciət etməyə lüzum yoxdur”, - deyə Putin Jirinovski ilə görüşündə zamanı bildirib.
Xatırladaq ki, oktyabrın 24-də “Rossiya 1” telekanalının “Döyüş” verilişində Jirinovskinin səsləndirdiyi fikirlər böyük əks-səda doğurub.
Rusiyalı siyasətçi terrorizmlə mübarizə naminə bu regionda doğum sayını nəzarətə götürməyi təklif edib.
www.oxu.az