"Aprelin 25-də Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə Moskva və Kiyev arasında birbaşa danışıqların bərpası imkanlarını müzakirə edib".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
"Birbaşa Ukrayna böhranına gəldikdə isə, söhbət xüsusilə Rusiya və Ukrayna nümayəndələri arasında danışıqların bərpası imkanlarından gedib", - deyə o bildirib.
Uşakov əlavə edib ki, görüş zamanı Rusiya və ABŞ yalnız Ukrayna məsələsi üzrə deyil, digər mövzularla bağlı da mövqelərini yaxınlaşdırıblar.
Rusiya Prezidenti Vladimir Putinin Kremldə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüşü başa çatıb.
Bu barədə Oxu.Az "RİA Novosti" agentliyinə istinadən xəbər verir.
Bildirilib ki, tərəflər arasında görüş təxminən üç saat davam edib.
Stiven Uitkoffun korteji artıq Kremli tərk edib.
Rusiya Prezidenti Vladimir Putin Kremldə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffu qəbul edir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Rusiya Prezidenti Vladimir Putin Kremldə prezident Trampın nümayəndəsi Stiven Uitkoffu qəbul edir", - deyə o bildirib.