Rusiya Prezidenti Vladimir Putin nəvələrinin onunla danışmaq üçün Kremlə - iş yerinə zəng etdiklərini deyib.
Qazeta.ru-nun məlumatına görə, bu barədə RF dövlət başçısı “Moskva.Kreml.Putin” proqramına müsahibəsində bildirib.
Aparıcı prezidentdən soruşub:
“Nəvələrinizin əl işlərini iş otağınıza gətirirsinizmi? Onlar işə zəng edə bilərlər?”
“Zəng edə bilərlər, edirlər də”, - deyə V.Putin bəyan edib.
Müsahibənin tam mətni iyunun 21-də dərc olunacaq.