Rusiya prezidenti Vladimir Putin regionlarda “McDonald's” restoranlar şəbəkəsi ilə rəqabət apara biləcək, milli mətbəxə əsaslanan ictimai iaşə müəssisələrini irəli çəkmək təklifi ilə çıxış edib, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
“Bizim gözəl mətbəximiz var. Əsas məsələ mümkün rəqiblərdən, məsələn “McDonald's”-da olduğundan daha yaxşı keyfiyyətli istehsalat sənayesinin qurulmasıdır”, - Putin bəyan edib.
O, həm də əlavə edib ki, osetin kökələrini çox sevir.
Bununla yanaşı dövlət başçısı qeyd edib ki, belə məmulat evdə hazırlanan bişmələrin keyfiyyətinə malik olmalı, amma istehsalat sənayesi prinsipləri ilə hazırlanaraq, ucuz qiymətə olmalıdır. Milli mətbəxin gözəl nümunələri kimi osetin kökələrini, çak-çak və belyaşı misal çəkib.
Onun fikrincə, belə yeməklər milli mətbəxin zənginliyini və rəngarəngliyini ifadə edir.