Saatlı rayonunda intihar hadisəsi baş verib.
Oxu.Az Publika.az-a istinadən xəbər verir ki, rayonun Mustafabəyli kənd sakini, 1996-cı il təvəllüdlü Şəmmədova Rəmziyyə Əlibala qızı aprelin 28-də, səhər saatlarında yaşadığı həyətdə özünü ağacdan asıb.
İntiharın səbəbi istintaq qrupu tərəfindən araşdırılır.
Kənd sakinlərindən birinin bildirdiyinə görə, Rəmziyyə Şəmmədovanı sevmədiyi oğlanla nişanlamaq istəyiblər. Elə bu səbəbdən də onun özünü asaraq intihar etdiyi ehtimal olunur.
Faktla bağlı Saatlı rayon prokurorluğunda araşdırma aparılır.