Xəbər verdiyimiz kimi ötən gün Azərbaycanın 59-cu “Eurovision” mahnı müsabiqəsindəki təmsilçisi Dilarə Kazımova şou səhnəsindəki ilk məşqini edib.
Oxu.Az məlumat verir ki, təmsilçimizin məşqi Bakı vaxtı ilə saat 18.30-da başlayıb. O, Azərbaycanın müsabiqə mahnısını, “Start a fire” balladasını canlı ifa edib. Mahnını İohan Kronland, Alessandr Quthard, Stefan Örn yazıb. Müğənninin məşqi saat 19.00-dək davam edib.
Qeyd edək ki, Dilarə Kazımova “Eurovision 2014” mahnı müsabiqəsinin mayın 6-da Kopenhagendə keçiriləcək birinci yarımfinalında səhnəyə 8-ci çıxacaq. Ümumiyyətlə isə 59-cu “Eurovision 2014” mahnı müsabiqəsinin mayın 6 və 8-də yarımfinal, 10-da isə final mərhələsi baş tutacaq.
Aytən Sadıqzadə
www.oxu.az