Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün “ABŞ - Azərbaycan Konvensiyası: Gələcəyə Baxış” mövzusunda keçiriləcək tədbirdə iştirak etmək üçün Vaşinqtona səfərə gedib.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, o, Azərbaycandakı dini konfenssiya rəhbərlərinin Provoslav icmasının rəhbəri Arxiyepiskop İşeyin, Dağ Yəhudiləri icmasının başçısı melih Yevdayev və Katolik icmasının ordinarisi Vladimir Fekerenin daxil olduğu nümayəndə heyəti ilə tədbirin “Dialoqun möhkəmləndirilməsi - tolerantlığın təşviq olunması” mövzusunda IV sessiyasında iştirak edəcək.
Sessiyanın panel iclasında QMİ sədri A.Paşazadə Azərbaycanda mövcud tolerantlıq mühiti barədə məruzə ilə çıxış edəcək.