Aprelin 29-u və 30-da Azərbaycanın paytaxtında moldovalı fotoqraf Mixay Potırnikenin işlərinin sərgisi təşkil ediləcək.
Oxu.Az xəbər verir ki, ölkəmizdə Moldova Mədəniyyəti Günləri çərçivəsində açılacaq sərginin ekspozisiyasında Moldovaya həsr olunmuş 37 fotoqrafiya nümayiş etdiriləcək.
Xatırladaq ki, Azərbaycanda Moldova Mədəniyyəti Günləri ikinci dəfə keçiriləcək. İlk dəfə belə tədbir 2008-ci ildə təşkil edilib.
2007-ci və 2012-ci illərdə isə Moldovada Azərbaycan Mədəniyyəti Günləri keçirilib.