Rusiya Prezidenti Vladimir Putin şagirdlərə onun "pis nümunəsini" təkrarlamamağı məsləhət görüb.
Oxu.Az-ın TASS-a istinada məlumatına görə, bu barədə o, Tıvada bir məktəbdə çıxışı zamanı danışıb.
Dövlət başçısı şagirdlərdən birinin belə yaxşı formada qalmaq üçün neçə saat yatdığı və istirahət etdiyi barədə sualını cavablandırarkən yalan danışmaq istəmədiyini, buna görə də hər şeyi olduğu kimi demək istədiyini bildirib.
"Bu mənada məndən örnək götürmə, yaxşı misal deyiləm. Bu gün cəmi dörd saat yatmışam, bu çox azdır. Adətən isə altı saat yatıram. Sən isə normal yatmalısan, azı səkkiz saat. Sən çox aktiv həyat sürürsən, buna görə də formada olmalısan. Mən də formada olmalıyam. Mənim dörd-altı saat yatmağım məşğul olduğuma görə deyil. Sadəcə iş günümü normal təşkil edə bilmirəm", - deyə Putin qeyd edib.
O, hər bir insanın öz gördüyü işə tənqidlə yanaşmalı və nəticələr çıxarmalı olduğunu vurğulayıb.
"Çalışacağam mən də bunu edim", - deyə o əlavə edib.
Qeyd edək ki, sentyabrın 2-də Rusiya prezidenti 10 il ərzində ilk dəfə Tıva Respublikasına səfər edib.
Putin məktəblilərə onun "pis nümunəsini" təkrarlamamağı məsləhət gördü
Rəylər